Əsas Səhifə > Economics / Manşet > Dünya Bankı: "Neftin qiymətinin aşağı düşməsi ilə bağlı narahatlığa əsas yoxdur"
Dünya Bankı: "Neftin qiymətinin aşağı düşməsi ilə bağlı narahatlığa əsas yoxdur"6-05-2017, 00:53. |
Dünya Bankı neft qiymətlərinin aşağı düşməsində narahatlığa əsas görmür. SİVİL.AZ-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə qurumun rəsmi nümayəndəsi Con Baffes bildirib. “Biz bu kimi dəyişiklikləri çox görmüşük. Düzdür, son üç gün ərzində neftin qiyməti 5%-dən çox aşağı düşüb. Lakin mən son qiymət tənəzzülünü ilin sonunadək baş verəcək göstərici kimi qəbul etməzdim”, deyə C.Baffes bildirib. Qeyd edək ki, son ucuzlaşma ilə əlaqədar bəzi KİV-lər OPEC-in hasilatı azaltmaqla qiymətləri sabit saxlamaq planının iflasa uğradığını iddia edib. Geri qayıt |