Dünya Bankı: "Neftin qiymətinin aşağı düşməsi ilə bağlı narahatlığa əsas yoxdur"
Tarix: 6-05-2017, 00:53
Dünya Bankı neft qiymətlərinin aşağı düşməsində narahatlığa əsas görmür.
SİVİL.AZ-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə qurumun rəsmi nümayəndəsi Con Baffes bildirib.
“Biz bu kimi dəyişiklikləri çox görmüşük. Düzdür, son üç gün ərzində neftin qiyməti 5%-dən çox aşağı düşüb. Lakin mən son qiymət tənəzzülünü ilin sonunadək baş verəcək göstərici kimi qəbul etməzdim”, deyə C.Baffes bildirib.
Qeyd edək ki, son ucuzlaşma ilə əlaqədar bəzi KİV-lər OPEC-in hasilatı azaltmaqla qiymətləri sabit saxlamaq planının iflasa uğradığını iddia edib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər