Əsas Səhifə > Economics > Bakı Beynəlxalq Dəniz Ticarət Limanı
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı17-05-2017, 12:04. |
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC zəruri olan elektrik mallarının satınalınması üzrə açıq tender elan edib. Sorğuda iştirak edəcək fiziki və hüquqi şəxslərə əsas tələblər: Elektrik mallarının siyahıya uyğun təqdim olunması; Elektrik mallarının keyfiyyətinə zəmanət vermək; Elektrik mallarının alınması ilə əlaqədar tələb olunan sənədləşmə işlərinin aparılması; Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: qiymət, keyfiyyət. Tenderdə iştirak etmək istəyənlər 150 manat iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu aşağıdakı ünvandan ala bilərlər: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72. Əlaqələndirici şəxs: Hacıyeva Aytəkin Əvəz qızı, tel: (012) 498-91-84 Təşkilatın adı: “Bakı Beynəlxalq Dəniz Dəniz Ticarət Limanı” QSC Bank rekvizitləri: Kapital bank 1 saylı Səbail filialı Kod: 200059 AZ37NABZ01350100000000001944 VÖEN: 9900003611 SWIFT: AIIBAZ2X Beneficiary name: Bakı Dəniz Ticarət Limanı Beneficiary account: AZ27AIIB33010019443500206105 VÖEN: 9900065281 Ünvan: AZ 1000, Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72, telefon: (012) 599-00-03 İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: - tenderdə iştirak etmək üçün ərizə; - iddiaçının tam adını, hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri; - tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi; - Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilmə vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; - iddiaçının son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; - tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd; - iddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış; - İki nüsxə (əsli və surəti) Azərbaycan dilində tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə qalır); - tender təklifi qiymətinin 1 faizi həcmində (zərflərin açıldığı gündən ən azı 60 bank günü müddətində qüvvədə qalır) bank zəmanəti (Əsas şərtlər toplusuna əlavə edilən bank zəmanəti formasında); İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 30 may 2017-ci il saat 17.00-dək, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 2 iyun 2017-ci il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklif zərfləri 5 iyun 2017-ci il saat 15.00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır. Geri qayıt |