Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tender elan edib
Tarix: 17-05-2017, 12:04
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC zəruri olan elektrik mallarının satınalınması üzrə açıq tender elan edib.
Sorğuda iştirak edəcək fiziki və hüquqi şəxslərə əsas tələblər:
Elektrik mallarının siyahıya uyğun təqdim olunması;
Elektrik mallarının keyfiyyətinə zəmanət vermək;
Elektrik mallarının alınması ilə əlaqədar tələb olunan sənədləşmə işlərinin aparılması;
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: qiymət, keyfiyyət.
Tenderdə iştirak etmək istəyənlər 150 manat iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu aşağıdakı ünvandan ala bilərlər:
Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72.
Əlaqələndirici şəxs: Hacıyeva Aytəkin Əvəz qızı, tel: (012) 498-91-84
Təşkilatın adı: “Bakı Beynəlxalq Dəniz Dəniz Ticarət Limanı” QSC
Bank rekvizitləri: Kapital bank 1 saylı Səbail filialı
Kod: 200059
AZ37NABZ01350100000000001944
VÖEN: 9900003611
SWIFT: AIIBAZ2X
Beneficiary name: Bakı Dəniz Ticarət Limanı
Beneficiary account: AZ27AIIB33010019443500206105
VÖEN: 9900065281
Ünvan: AZ 1000, Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72, telefon: (012) 599-00-03
İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün ərizə;
- iddiaçının tam adını, hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilmə vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
- İki nüsxə (əsli və surəti) Azərbaycan dilində tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə qalır);
- tender təklifi qiymətinin 1 faizi həcmində (zərflərin açıldığı gündən ən azı 60 bank günü müddətində qüvvədə qalır) bank zəmanəti (Əsas şərtlər toplusuna əlavə edilən bank zəmanəti formasında);
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 30 may 2017-ci il saat 17.00-dək, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 2 iyun 2017-ci il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklif zərfləri 5 iyun 2017-ci il saat 15.00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər