Əsas Səhifə > Economics / Manşet > Azərbaycan 2012-ci ildən etibarən ilk dəfə Texasa neft göndərib
Azərbaycan 2012-ci ildən etibarən ilk dəfə Texasa neft göndərib1-06-2017, 10:53. |
Azərbaycan mayda ABŞ-ın Texas ştatının Korpus-Kristi limanına 500 min barel həcmində "Azeri Light" nefti göndərib. SİVİL.AZ-ın məlumatına görə, bunu ölkənin neft-qaz bazarındakı mənbə deyib. Onun sözlərinə görə, Azərbaycan neftinin Texasa tədarükü uzun müddət ərzində ilk dəfə həyata keçirilib: "500 min barel həcmində "Azeri Light" nefti Texasa iki həftə əvvəl çatıb. Bu, 2012-ci ildən etibarən Azərbaycan neftinin həmin ştata ilk tədarüküdür". Qeyd edək ki, bu, cari ildə Azərbaycan neftinin ABŞ-a ikinci iri ixrac həcmidir. Belə ki, SOCAR apreldə Ceyhan limanından ABŞ-a 800 min barel həcmində "Azeri Light" nefti tədarük etmişdi. (Trend) Geri qayıt |