Azərbaycan 2012-ci ildən etibarən ilk dəfə Texasa neft göndərib

Xəbərin çap versiyası
Tarix: 1-06-2017, 10:53
Azərbaycan 2012-ci ildən etibarən ilk dəfə Texasa neft göndərib


Azərbaycan mayda ABŞ-ın Texas ştatının Korpus-Kristi limanına 500 min barel həcmində "Azeri Light" nefti göndərib.

SİVİL.AZ-ın məlumatına görə, bunu ölkənin neft-qaz bazarındakı mənbə deyib.

Onun sözlərinə görə, Azərbaycan neftinin Texasa tədarükü uzun müddət ərzində ilk dəfə həyata keçirilib:

"500 min barel həcmində "Azeri Light" nefti Texasa iki həftə əvvəl çatıb. Bu, 2012-ci ildən etibarən Azərbaycan neftinin həmin ştata ilk tədarüküdür".

Qeyd edək ki, bu, cari ildə Azərbaycan neftinin ABŞ-a ikinci iri ixrac həcmidir. Belə ki, SOCAR apreldə Ceyhan limanından ABŞ-a 800 min barel həcmində "Azeri Light" nefti tədarük etmişdi. (Trend)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz