Əsas Səhifə > Economics > İpoteka Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə
İpoteka Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə8-09-2017, 07:00. |
Bu gün Bakı Fond Birjasında (BFB) "Azərbaycan İpoteka Fondu" ASC–nin (AİF) ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. SİVİL.AZ xəbərinə görə, BFB-dən AZƏRTAC-a bildiriblər ki, emissiya həcmi 25 milyon AZN, nominal qiyməti 1000 АZN, hərrac qiyməti 1000 AZN, istiqrazların tədavül müddəti 18 il, faiz dərəcəsi 3 faiz, faiz gəlirinin ödəniş müddəti 180 gündür. Anderrayter "Paşa Kapital" İŞ QSC-dir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcək. AİF-in ipoteka istiqrazlarının baza emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) "Emitentlər" bölməsində yerləşdirilib. BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər" bölməsində yerləşdirilib. Geri qayıt |