İpoteka Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Xəbərin çap versiyası
Tarix: 8-09-2017, 07:00
İpoteka Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə


Bu gün Bakı Fond Birjasında (BFB) "Azərbaycan İpoteka Fondu" ASC–nin (AİF) ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

SİVİL.AZ xəbərinə görə, BFB-dən AZƏRTAC-a bildiriblər ki, emissiya həcmi 25 milyon AZN, nominal qiyməti 1000 АZN, hərrac qiyməti 1000 AZN, istiqrazların tədavül müddəti 18 il, faiz dərəcəsi 3 faiz, faiz gəlirinin ödəniş müddəti 180 gündür. Anderrayter "Paşa Kapital" İŞ QSC-dir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcək.

AİF-in ipoteka istiqrazlarının baza emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) "Emitentlər" bölməsində yerləşdirilib. BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər" bölməsində yerləşdirilib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz