Əsas Səhifə > Economics > Martda Azərbaycanda pul bazası artıb
Martda Azərbaycanda pul bazası artıb4-04-2017, 11:10. |
Mart ayında Azərbaycanda pul bazası artıb. Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, ötən ay Azərbaycanda pul bazası 290,5 mln. manat artıb. Başqa sözlə, martda ölkədə pul bazası 4,2% artaraq 7 277,5 mln. manat olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu, 741,7 mln. manat və ya 11,4% artım deməkdir. Geri qayıt |