Martda Azərbaycanda pul bazası artıb
Tarix: 4-04-2017, 11:10
Mart ayında Azərbaycanda pul bazası artıb.
Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, ötən ay Azərbaycanda pul bazası 290,5 mln. manat artıb.
Başqa sözlə, martda ölkədə pul bazası 4,2% artaraq 7 277,5 mln. manat olub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu, 741,7 mln. manat və ya 11,4% artım deməkdir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər