Əsas Səhifə > Elm və Kültür > “Türkiyə ədəbiyyatı antologiyası” nəşr olunub
“Türkiyə ədəbiyyatı antologiyası” nəşr olunub31-05-2017, 14:25. |
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – “Türkiyə ədəbiyyatı antologiyası” (nəsr) işıq üzü görüb. Tərcümə Mərkəzindən SİVİL.AZ-a bildirilib ki, XIX-XX əsr Türkiyə ədəbiyyatının mənzərəsini ilk dəfə küll halında Azərbaycan oxucusuna təqdim edən kitabda əllidən çox tanınmış qardaş ölkə ədibinin əsəri yer alır. Antologiyanı dilimizə tərcüməçilər – Qəmər Alxanova, Kəmalə Ələkbərova və Sənan Nağı çeviriblər. “Ön söz”ün müəllifi Etimad Başkeçid, redaktorlar – Yaşar Əliyev və Salam Sarvandır. Kitab iyunun 5-də Yunus Əmrə Türk Mədəniyyət Mərkəzində təqdim olunacaq. Geri qayıt |