“Türkiyə ədəbiyyatı antologiyası” nəşr olunub

Xəbərin çap versiyası
Tarix: 31-05-2017, 14:25
“Türkiyə ədəbiyyatı antologiyası” nəşr olunub


Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – “Türkiyə ədəbiyyatı antologiyası” (nəsr) işıq üzü görüb.

Tərcümə Mərkəzindən SİVİL.AZ-a bildirilib ki, XIX-XX əsr Türkiyə ədəbiyyatının mənzərəsini ilk dəfə küll halında Azərbaycan oxucusuna təqdim edən kitabda əllidən çox tanınmış qardaş ölkə ədibinin əsəri yer alır.

Antologiyanı dilimizə tərcüməçilər – Qəmər Alxanova, Kəmalə Ələkbərova və Sənan Nağı çeviriblər. “Ön söz”ün müəllifi Etimad Başkeçid, redaktorlar – Yaşar Əliyev və Salam Sarvandır.

Kitab iyunun 5-də Yunus Əmrə Türk Mədəniyyət Mərkəzində təqdim olunacaq.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz