Əsas Səhifə > Elm və Kültür / Üst manşet > Türkiyəli heykəltəraşın əsərləri İçərişəhərdə
Türkiyəli heykəltəraşın əsərləri İçərişəhərdə2-11-2017, 00:32. |
Bu gün İçərişəhərdəki “Art Tower” qalereyasında türkiyəli tanınmış heykəltəraş Sevincinin “Şəkərsiz” adlı sərgisi açılacaq. Şirniyyat nümunələrinə həsr olunacaq sərgi Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının dəstəyi ilə keçiriləcək. SİVİL.AZ bildirir ki, bu barədə AZƏRTAC-a məlumat verən “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov deyib: “Sərgidə türkiyəli heykəltəraşın 10-dan artıq sənət əsəri nümayiş etdiriləcək. Maarifləndirici xarakter daşıyan sərgi insanları şəkərdən uzaq olmağa çağırır. Hamının qatıla biləcəyi sərgi noyabrın 12-dək ziyarətçilər üçün açıq olacaq”. Geri qayıt |