Türkiyəli heykəltəraşın əsərləri İçərişəhərdə

Xəbərin çap versiyası
Tarix: 2-11-2017, 00:32
Türkiyəli heykəltəraşın əsərləri İçərişəhərdə


Bu gün İçərişəhərdəki “Art Tower” qalereyasında türkiyəli tanınmış heykəltəraş Sevincinin “Şəkərsiz” adlı sərgisi açılacaq. Şirniyyat nümunələrinə həsr olunacaq sərgi Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının dəstəyi ilə keçiriləcək.

SİVİL.AZ
bildirir ki, bu barədə AZƏRTAC-a məlumat verən “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov deyib: “Sərgidə türkiyəli heykəltəraşın 10-dan artıq sənət əsəri nümayiş etdiriləcək. Maarifləndirici xarakter daşıyan sərgi insanları şəkərdən uzaq olmağa çağırır. Hamının qatıla biləcəyi sərgi noyabrın 12-dək ziyarətçilər üçün açıq olacaq”.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz