Əsas Səhifə > Melange > Ən uzun orucu onlar tuturlar -
Ən uzun orucu onlar tuturlar -10-06-2017, 20:30. |
İslandiyada müsəlmanlar 22 saat oruc tuturlar. SİVİL.AZ xəbər verir ki, bu ölkədə təxminən 1500 müsəlman yaşayır. Oruc gecə yarısı açılır. İmsaq vaxtı yerli vaxtla 02:00-da olur və 22 saat davam edir. Lakin, müsəlmanlar bundan gileylənmirlər. Ölkənin məscidləri iftar açılan məkanlara çevrilir və əhali 23:48-də orucunu açır. "Orucun uzun müddət çəkməsinə baxmayaraq müsəlmanlar bir arada olduğundan, onlar vaxtın necə keçdiyini hiss etmirlər", - deyə ölkənin din xadimi Uvlani bildirib. Dünyanın müxtəlif ölkələrində iftar və imsaq saatları hər gün dəyişsə də ortalama olaraq belədir: Nuuk, Qrenlandiya - 21 saat Stokholm, İsveç - 19,5 saat Moskva, Rusiya - 19 saat London, İngiltərə - 18,5 saat Astana, Qazaxıstan - 18,5 saat Brüssel, Belçika - 18,5 saat Toronto, Kanada - 17,5 saat Paris, Fransa - 17 saat Pekin, Çin - 16,5 saat Nyu-York, ABŞ - 16,5 saat Tokio, Yaponiya - 16 saat Kabil, Əfqanıstan - 16 saat Rabat, Mərakeş - 16 saat İslamabad, Pakistan - 16 saat Qahirə, Misir - 15,5 Yeni Dehli, Hindistan - 15 saat Honq Konq, Honq Konq - 15 saat Dəkkə, Banqladeş - 15 saat Məsqət, Oman - 15 saat Ər-Riyad, Səudiyyə Ərəbistanı - 15 saat Doha, Mərakeş - 15 saat Xartum, Sudan - 14,5 saat Adin, Yəmən - 14 saat Dessie, Efiopiya - 14 saat Kuala Lumpur, Malayziya - 13,5 saat Luanda, Anqola - 13 saat San-Paulo, Braziliya - 13 saat Cakarta, İndoneziya - 13 saat Harare, Zimbabve - 12,5 saat Pretoriya, Cənubi Afrika - 12 saat Kaptaun, Cənubi Afrika - 11,5 saat Kanberra, Avstraliya - 11,5 saat Punta Arenas, Çili - 10 saat ("Qaynarinfo") Geri qayıt |