Ən uzun orucu onlar tuturlar - SİYAHI
Tarix: 10-06-2017, 20:30
İslandiyada müsəlmanlar 22 saat oruc tuturlar.
SİVİL.AZ xəbər verir ki, bu ölkədə təxminən 1500 müsəlman yaşayır. Oruc gecə yarısı açılır. İmsaq vaxtı yerli vaxtla 02:00-da olur və 22 saat davam edir. Lakin, müsəlmanlar bundan gileylənmirlər. Ölkənin məscidləri iftar açılan məkanlara çevrilir və əhali 23:48-də orucunu açır.
"Orucun uzun müddət çəkməsinə baxmayaraq müsəlmanlar bir arada olduğundan, onlar vaxtın necə keçdiyini hiss etmirlər", - deyə ölkənin din xadimi Uvlani bildirib.
Dünyanın müxtəlif ölkələrində iftar və imsaq saatları hər gün dəyişsə də ortalama olaraq belədir:
Nuuk, Qrenlandiya - 21 saat
Stokholm, İsveç - 19,5 saat
Moskva, Rusiya - 19 saat
London, İngiltərə - 18,5 saat
Astana, Qazaxıstan - 18,5 saat
Brüssel, Belçika - 18,5 saat
Toronto, Kanada - 17,5 saat
Paris, Fransa - 17 saat
Pekin, Çin - 16,5 saat
Nyu-York, ABŞ - 16,5 saat
Tokio, Yaponiya - 16 saat
Kabil, Əfqanıstan - 16 saat
Rabat, Mərakeş - 16 saat
İslamabad, Pakistan - 16 saat
Qahirə, Misir - 15,5
Yeni Dehli, Hindistan - 15 saat
Honq Konq, Honq Konq - 15 saat
Dəkkə, Banqladeş - 15 saat
Məsqət, Oman - 15 saat
Ər-Riyad, Səudiyyə Ərəbistanı - 15 saat
Doha, Mərakeş - 15 saat
Xartum, Sudan - 14,5 saat
Adin, Yəmən - 14 saat
Dessie, Efiopiya - 14 saat
Kuala Lumpur, Malayziya - 13,5 saat
Luanda, Anqola - 13 saat
San-Paulo, Braziliya - 13 saat
Cakarta, İndoneziya - 13 saat
Harare, Zimbabve - 12,5 saat
Pretoriya, Cənubi Afrika - 12 saat
Kaptaun, Cənubi Afrika - 11,5 saat
Kanberra, Avstraliya - 11,5 saat
Punta Arenas, Çili - 10 saat
("Qaynarinfo")
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər