Əsas Səhifə > Melange > Şokolad sevənlər bu xəbəri
Şokolad sevənlər bu xəbəri4-08-2017, 11:00. |
Qoxusu ilə belə insanı xoşbəxt edə bilən şokoladın hər gün yeni faydası üzə çıxır. SİVİL.AZ şokoladın bilmədiyiniz faydalarını sadalayır: 1. Şokoladın tərkibində olan antioksidanlar xərçənglə mübarizədə faydalıdır. Belə ki, kakao qırmızı şərabla müqayisədə iki, yaşıl çayla müqayisədə isə üç qat daha çox antioksidana sahibdir; 2. Şokolad zəngin kalsium qaynağıdır. Bu da sümüklərin möhkəm olması deməkdir; 3. Şokolad xüsusilə qadınların psixologiyası üzərində müsbət təsirlərə malikdir; 4. Güclü dişlər bədəndə olan florun miqdarından asılıdır. Şokolad bu maddə ilə də boldur; 5. Şokoladın tərkibindəki maddələr insanda xoşbəxtlik hormonunu artırır; 6. Şirniyyatın tərkibində olan dəmir və sairə maddələr dərini gözələşdirir, hüceyrələri yeniləyir; 7. Hər gün az miqdarda şokolad yemək qan laxtalanmasının, bu isə öz növbəsində qəfil infartk riskini aradan qaldırır; 8. Şokolad insanın enerjisini artırsa da, qanda şəkərin miqdarını sürətlə artırmır; 9. Qəhvə içmək yerinə şokolad yemək daha faydalıdır. Çünki onun tərkibində daha az kofein var; 10. Şokolad dişə ən az ziyan vuran şirniyyatdır. Çünki südlü şokoladın tərkibində yüksək miqdarda protein, kalsium və fosfat var. Bu maddələr diş minasını qoruyur; 11. Şokoladdakı yağ qandakı xolesterinin artmasına səbəb olmur. (axşam.az) Geri qayıt |