Şokolad sevənlər bu xəbəri MÜTLƏQ OXUSUN

Xəbərin çap versiyası
Tarix: 4-08-2017, 11:00
Şokolad sevənlər bu xəbəri


Qoxusu ilə belə insanı xoşbəxt edə bilən şokoladın hər gün yeni faydası üzə çıxır.

SİVİL.AZ
şokoladın bilmədiyiniz faydalarını sadalayır:

1. Şokoladın tərkibində olan antioksidanlar xərçənglə mübarizədə faydalıdır. Belə ki, kakao qırmızı şərabla müqayisədə iki, yaşıl çayla müqayisədə isə üç qat daha çox antioksidana sahibdir;

2. Şokolad zəngin kalsium qaynağıdır. Bu da sümüklərin möhkəm olması deməkdir;

3. Şokolad xüsusilə qadınların psixologiyası üzərində müsbət təsirlərə malikdir;

4. Güclü dişlər bədəndə olan florun miqdarından asılıdır. Şokolad bu maddə ilə də boldur;

5. Şokoladın tərkibindəki maddələr insanda xoşbəxtlik hormonunu artırır;

6. Şirniyyatın tərkibində olan dəmir və sairə maddələr dərini gözələşdirir, hüceyrələri yeniləyir;

7. Hər gün az miqdarda şokolad yemək qan laxtalanmasının, bu isə öz növbəsində qəfil infartk riskini aradan qaldırır;

8. Şokolad insanın enerjisini artırsa da, qanda şəkərin miqdarını sürətlə artırmır;

9. Qəhvə içmək yerinə şokolad yemək daha faydalıdır. Çünki onun tərkibində daha az kofein var;

10.
Şokolad dişə ən az ziyan vuran şirniyyatdır. Çünki südlü şokoladın tərkibində yüksək miqdarda protein, kalsium və fosfat var. Bu maddələr diş minasını qoruyur;

11. Şokoladdakı yağ qandakı xolesterinin artmasına səbəb olmur. (axşam.az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz