Əsas Səhifə > Melange / Üst manşet > Bunlar gözəlliyin düşmənidir:
Bunlar gözəlliyin düşmənidir:3-08-2017, 10:00. |
Bir çox maskanın tərkibində yer alan, dərimizə faydalı olduğunu düşündüyümüz vasitələrin əslində isə dəriyə zərər verdiyini bilirdinizmi? SİVİL.AZ üzlə təmas etməməsi vacib olan 8 məhsulu təqdim edir. 1. Limon - Tərkibindəki PH dəyəri ilə limon dəriyə təmas etdiyində, dərinin təbii balansını pozmasına səbəb olur. Buna görə, limonu dəriyə vurmaq olmaz; 2. Mayonez - yağlı və qalın bir təbəqəyə sahib olan mayonez məsamələri tıxayaraq sızanaqların yaranmasına səbəb olur; 3. Yumurta - Tərkibində bakteriyalar yarandığı və dəridə ciddi gərginlik yaratdığı üçün yumurta da dərinin balansını pozan məhsullardandır; 4. Spirt - dərimizi gözəlləşdirən məhsullar sırasında spirt də yer alır. Əslində isə spirt, dəri qurudan və çatlamasına səbəb olan bir vasitədir. Buna görə dəridən uzaq tutmalısınız; 5. Bədən losionu - Bədənimizlə üzümüz fərqli dəriyə sahibdir. Buna görə bədən üçün istifadə edilən vasitələri üzünüz üçün istifadə etməyin; 6. Diş pastası - Tərkibindəki spirt, ətir, nanə kimi maddələrlə dəridə ləkələnmə və sızanaq probleminə yol açır; 7. Qabartma tozu - Dərimizin PH dəyərindən olduqca fərqli olan qabartma tozu hər nə qədər hər maskada istifadə edilsə də dəriyə ziyan edən bir vasitədir; 8. Saç spreyi - dəriyə qətiyyən dəyməməlidir. Tərkibindəki spirt və qatqı maddələrindən dolayı gözəlliyin ən böyük düşmənidir. Dərinizi ləkələrdən qorumaq və sağlam bir dəriyə sahib olmaq istəyirsinizsə, bu vasitələrdən uzaq durun. (ailem.az) Geri qayıt |