Bunlar gözəlliyin düşmənidir: Üzünüzə qətiyyən VURMAYIN!

Xəbərin çap versiyası
Tarix: 3-08-2017, 10:00
Bunlar gözəlliyin düşmənidir:


Bir çox maskanın tərkibində yer alan, dərimizə faydalı olduğunu düşündüyümüz vasitələrin əslində isə dəriyə zərər verdiyini bilirdinizmi?

SİVİL.AZ üzlə təmas etməməsi vacib olan 8 məhsulu təqdim edir.

1. Limon - Tərkibindəki PH dəyəri ilə limon dəriyə təmas etdiyində, dərinin təbii balansını pozmasına səbəb olur. Buna görə, limonu dəriyə vurmaq olmaz;

2. Mayonez - yağlı və qalın bir təbəqəyə sahib olan mayonez məsamələri tıxayaraq sızanaqların yaranmasına səbəb olur;

3. Yumurta - Tərkibində bakteriyalar yarandığı və dəridə ciddi gərginlik yaratdığı üçün yumurta da dərinin balansını pozan məhsullardandır;

4. Spirt - dərimizi gözəlləşdirən məhsullar sırasında spirt də yer alır. Əslində isə spirt, dəri qurudan və çatlamasına səbəb olan bir vasitədir. Buna görə dəridən uzaq tutmalısınız;

5. Bədən losionu - Bədənimizlə üzümüz fərqli dəriyə sahibdir. Buna görə bədən üçün istifadə edilən vasitələri üzünüz üçün istifadə etməyin;

6. Diş pastası - Tərkibindəki spirt, ətir, nanə kimi maddələrlə dəridə ləkələnmə və sızanaq probleminə yol açır;

7. Qabartma tozu - Dərimizin PH dəyərindən olduqca fərqli olan qabartma tozu hər nə qədər hər maskada istifadə edilsə də dəriyə ziyan edən bir vasitədir;

8. Saç spreyi - dəriyə qətiyyən dəyməməlidir. Tərkibindəki spirt və qatqı maddələrindən dolayı gözəlliyin ən böyük düşmənidir.

Dərinizi ləkələrdən qorumaq və sağlam bir dəriyə sahib olmaq istəyirsinizsə, bu vasitələrdən uzaq durun. (ailem.az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz