Əsas Səhifə > Melange > Azərbaycanda gözlənilən hava şəraiti ilə bağlı

Azərbaycanda gözlənilən hava şəraiti ilə bağlı


2-09-2017, 15:13.
title}
Azərbaycanda gözlənilən hava şəraiti ilə bağlı


Növbəti günlərdə Azərbaycanda müşahidə olunacaq hava şəraitində ciddi dəyişiklik gözlənilmir.

SİVİL.AZ-ın məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Bildirilib ki, sentyabr ayının 5-dək ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir: “Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında 32-37, dağlıq rayonlarda isə 23-28 dərəcə isti təşkil edəcək. Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeronda gecə 23-25, gündüz 29-34 isti olacağı gözlənilir”. (Report)
Geri qayıt