Azərbaycanda gözlənilən hava şəraiti ilə bağlı AÇIQLAMA
Tarix: 2-09-2017, 15:13
Növbəti günlərdə Azərbaycanda müşahidə olunacaq hava şəraitində ciddi dəyişiklik gözlənilmir.
SİVİL.AZ-ın məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.
Bildirilib ki, sentyabr ayının 5-dək ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir: “Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında 32-37, dağlıq rayonlarda isə 23-28 dərəcə isti təşkil edəcək. Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeronda gecə 23-25, gündüz 29-34 isti olacağı gözlənilir”. (Report)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər