Əsas Səhifə > Melange > Azərbaycana ilk qar yağıb -
Azərbaycana ilk qar yağıb -28-09-2017, 11:24. |
Qubada gecə saatlarında yağışla müşahidə olunan yağıntı səhərə yaxın qara çevrilib. SİVİL.AZ Report-a istinadla xəbər verir ki, ilk qar, əsasən, Qubanın dağ kəndlərinə – dəniz səviyyəsindən 2000 metrdən yuxarı olan kəndlərə, həmçinin, Buduq, Zeyid, Əlik, Cek, Haput, Qalaxidat, Xınalıq və Xaltan zonasına yağıb. Qarın hündürlüyü 5-7 sm müşahidə olunur. Hazırda qarın yağması davam edir. Yollarda və elektrik enerjisinin verilişində problemlər yaşanmayıb. Geri qayıt |