Azərbaycana ilk qar yağıb - FOTOLAR
Tarix: 28-09-2017, 11:24
Qubada gecə saatlarında yağışla müşahidə olunan yağıntı səhərə yaxın qara çevrilib.
SİVİL.AZ Report-a istinadla xəbər verir ki, ilk qar, əsasən, Qubanın dağ kəndlərinə – dəniz səviyyəsindən 2000 metrdən yuxarı olan kəndlərə, həmçinin, Buduq, Zeyid, Əlik, Cek, Haput, Qalaxidat, Xınalıq və Xaltan zonasına yağıb. Qarın hündürlüyü 5-7 sm müşahidə olunur.
Hazırda qarın yağması davam edir. Yollarda və elektrik enerjisinin verilişində problemlər yaşanmayıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər