Əsas Səhifə > Melange > Xoşbəxt olmaq istəyirsinizsə, bu qidalardan yeyin -
Xoşbəxt olmaq istəyirsinizsə, bu qidalardan yeyin -23-10-2017, 05:00. |
Elə qidalar var ki, insanın ovqatına yaxşı təsir edir, əhval-ruhiyyəsini yüksəldir. SİVİL.AZ axşam.az-a istinadən bildirir ki, tərkibində magnezium, çinko və omeqa 3 olan qidalar xosbəxtlik hormonu üçün vacibdir. Həmin qidaların siyahısını təqdim edirik: Banan - B6 vitamini ilə zəngin olan bu meyvə orqanizmdə serotonin və dopaminin sintezini artıra bilir. Portağal suyu - psixoloji durumunuza müsbət təsir edən ən yaxşı içki C vitamini ilə zəngin portağal suyudur. Çünki bu vitamin beyin sinirlərinin balanslaşdırılmasına kömək olduğu kimi depressiya əlamətlərinin azalmasına da dəstək olur. Qoz - əgər bir az çərəz yemək sizi xoşbəxt edəcəksə, qozu seçin. Çünki omeqa 3-lə zəngin olan qoz ovqatınızı düzəldəcək mühüm yağ turşularını özündə ehtiva edir. Tərə və ispanaq - tərkibində bol miqdarda maqnezium olan bu göyərtiləri yeyərək orqanizmin stresslə mübarizəsinə yardımçı olacaqsınız. Çünki maqnezium sinir xəstəliklərinin ilk əlamətləri olan narahatlıq və əsəbiliyi aradan qaldırmağa kömək olur. Balıq - omeqa 3 serotonin hormonunu artıraraq insanın özünün daha yaxşı hiss etməsini təmin edir. Geri qayıt |