Xoşbəxt olmaq istəyirsinizsə, bu qidalardan yeyin - SİYAHI

Xəbərin çap versiyası
Tarix: 23-10-2017, 05:00
Xoşbəxt olmaq istəyirsinizsə, bu qidalardan yeyin -


Elə qidalar var ki, insanın ovqatına yaxşı təsir edir, əhval-ruhiyyəsini yüksəldir.

SİVİL.AZ
axşam.az-a istinadən bildirir ki, tərkibində magnezium, çinko və omeqa 3 olan qidalar xosbəxtlik hormonu üçün vacibdir.

Həmin qidaların siyahısını təqdim edirik:

Banan
- B6 vitamini ilə zəngin olan bu meyvə orqanizmdə serotonin və dopaminin sintezini artıra bilir.

Portağal suyu - psixoloji durumunuza müsbət təsir edən ən yaxşı içki C vitamini ilə zəngin portağal suyudur. Çünki bu vitamin beyin sinirlərinin balanslaşdırılmasına kömək olduğu kimi depressiya əlamətlərinin azalmasına da dəstək olur.

Qoz
- əgər bir az çərəz yemək sizi xoşbəxt edəcəksə, qozu seçin. Çünki omeqa 3-lə zəngin olan qoz ovqatınızı düzəldəcək mühüm yağ turşularını özündə ehtiva edir.

Tərə və ispanaq - tərkibində bol miqdarda maqnezium olan bu göyərtiləri yeyərək orqanizmin stresslə mübarizəsinə yardımçı olacaqsınız. Çünki maqnezium sinir xəstəliklərinin ilk əlamətləri olan narahatlıq və əsəbiliyi aradan qaldırmağa kömək olur.

Balıq - omeqa 3 serotonin hormonunu artıraraq insanın özünün daha yaxşı hiss etməsini təmin edir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz