Əsas Səhifə > Melange > Bu qidalar D vitamini ilə zəngindir -
Bu qidalar D vitamini ilə zəngindir -21-11-2017, 00:50. |
Günəşli bir ərazidəsinizsə və yetərincə günəşə çıxa bilmirsinizsə, D vitamini çatışmazlığı yaşamağınız olduqca yüksəkdir. Aparılan araşdırmalara görə, qadınlarda yumurta sağlamlığına da mənfi təsir edən bu vitamin sonsuzluğa yol aça bilir. Ürək və damar xəstəliklərinin qarşısını alan D vitamini çatışmadıqda reproduktiv sağlamlığa mənfi təsir edir. Xüsusilə yaşı 35-i keçən şəxslərdə D vitamini çatışmazlığına daha çox rastlanır. Üstəlik D vitamini qanımızda kalsium səviyyəsini bəlli edən və bağırsaqdan kalsium əmilməsinə yardım edən bir vitamindir. Bəs D vitamini çatışmazlığının qarşısını almaq üçün nə etməliyik? SİVİL.AZ tərkibində D vitamini çox olan qidaları təqdim edir. Balıq Həm sağlam, həm ləzzətli qida olan balığı həftədə ən az 3 dəfə yesəniz, D vitamini ehtiyacınızı böyük səviyyədə almış olursunuz. Kartof Püre halında olan kartofa bir az yağlı süd əlavə etsəniz, gündəlik D vitamini ehtiyacını ödəmiş olacaqsınız. Göbələk Göbələk gündəlik D vitamini ehtiyacının 7 faizini qarşılayır Süd və süd məhsulları Pendirlər və tam yağlı süd kalsium baxımından zəngindir Yumurta B12 və protein baxımından çox zəngin olan yumurta gündəlik D vitamini ehtiyacının 4 faizini qarşılayır. (Ailem.az) Geri qayıt |