Bu qidalar D vitamini ilə zəngindir - HƏR GÜN YEYİN

Xəbərin çap versiyası
Tarix: 21-11-2017, 00:50
Bu qidalar D vitamini ilə zəngindir -


Günəşli bir ərazidəsinizsə və yetərincə günəşə çıxa bilmirsinizsə, D vitamini çatışmazlığı yaşamağınız olduqca yüksəkdir. Aparılan araşdırmalara görə, qadınlarda yumurta sağlamlığına da mənfi təsir edən bu vitamin sonsuzluğa yol aça bilir. Ürək və damar xəstəliklərinin qarşısını alan D vitamini çatışmadıqda reproduktiv sağlamlığa mənfi təsir edir. Xüsusilə yaşı 35-i keçən şəxslərdə D vitamini çatışmazlığına daha çox rastlanır. Üstəlik D vitamini qanımızda kalsium səviyyəsini bəlli edən və bağırsaqdan kalsium əmilməsinə yardım edən bir vitamindir. Bəs D vitamini çatışmazlığının qarşısını almaq üçün nə etməliyik?

SİVİL.AZ
tərkibində D vitamini çox olan qidaları təqdim edir.


Balıq

Həm sağlam, həm ləzzətli qida olan balığı həftədə ən az 3 dəfə yesəniz, D vitamini ehtiyacınızı böyük səviyyədə almış olursunuz.

Kartof


Püre halında olan kartofa bir az yağlı süd əlavə etsəniz, gündəlik D vitamini ehtiyacını ödəmiş olacaqsınız.

Göbələk

Göbələk gündəlik D vitamini ehtiyacının 7 faizini qarşılayır

Süd və süd məhsulları

Pendirlər və tam yağlı süd kalsium baxımından zəngindir

Yumurta

B12 və protein baxımından çox zəngin olan yumurta gündəlik D vitamini ehtiyacının 4 faizini qarşılayır. (Ailem.az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz