Əsas Səhifə > Melange > Sağlam olmaq və çox yaşamaq istəyənlər,
Sağlam olmaq və çox yaşamaq istəyənlər,11-12-2017, 00:40. |
Noxud ən qədim bitkilərdən biridir. Qurumuş noxud hətta qədim ehramlarda tapılırdı. SİVİL.AZ saglamolun.az-a istinadən bildirir ki, noxudun faydaları saymaqla bitməz. Zülallarla zəngin olan noxudu hətta "kasıbların əti" adlandırırlar. Noxudun tərkibində zülallar, bir çox vacib minerallar (kalium, dəmir, kalsium, fosfor və s.), nişasta, B qrupu vitaminləri, aminturşuları, qidalı liflər və s. faydalı maddələr var. Bişmiş noxud öz faydalı xüsusiyyətlərini itirmir. Bişmiş noxudun faydalarını təqdim edirik: - Həzm və mübadilə proseslərini yaxşılaşdırır; - Bağırsaqları şlaklar, toksinlər və s. ziyanlı maddələrdən təmizləyir; - Qurqqovucu təsirə malikdir; - Qanda xolesterolun səviyyəsini aşağı salır; - Damarları möhkəmləndirir; - Sinir sisteminə müsbət təsir edir; - Beyinin fəaliyyətini yaxşılaşdırır; - Ürəyin sağlamlığına müsbət təsir edir; - Piylərin parçalanmasını sürətləndirir, arıqlamağa kömək edir; - Xərçəng əleyhinə təsirə malikdir; - Qocalma proseslərini ləngidir. Nəzərə almaq lazımdır ki, noxudu az miqdarda yemək tövsiyə olunur. Geri qayıt |