Varşavada ATƏT DTİHB-nin konfransında Əfqan Sadıqovun işi müzakirə olunub

Xəbərin çap versiyası
Tarix: 3-10-2024, 16:18


Varşavada ATƏT DTİHB-nin İnsan Ölçülməsi Konfransı keçirilir.

Civilazerbaijan.com
bildirir ki, konfransda Gürcüstanda Azərbaycanın Azel TV saytının təsisçisi Əfqan Sadıqovun həbs edilməsi məsələsi qaldırılıb.

"Biz Azərbaycan saytının redaktoru Əfqan Sadıqovun Gürcüstanda həbs edilməsi ilə bağlı narahatlığı bölüşürük. Gürcüstanın Azərbaycanda onun məruz qala biləcəyi riskləri nəzərə alması çağırışlarına qoşuluruq", deyə ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.

Əfqan Sadıqov təqibdən ehtiyatlanaraq, 2023-cü ilin dekabrında ailəsi ilə birlikdə Gürcüstana gəlib. İyulda o, Gürcüstandan Türkiyəyə buraxılmayıb, yalnız Azərbaycana gedə biləcəyi bildirilib.

Avqust ayında Azərbaycanın sorğusu ilə Ə.Sadıqov həbs edilib. Bakıda o, pul tələb etməkdə ittiham olunur və onun ekstradisiyası tələb olunur. Sentyabrın 21-dən o, həbsinə və ona sığınacaq verilməməsinə etiraz əlaməti olaraq aclıq edir, Turanın məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz