Ali Məhkəmədən Zamin Zəki ilə bağlı QƏRAR

Xəbərin çap versiyası
Tarix: Dünən, 14:02


Ali Məhkəmə "Ubuntu" Sosial İş Assosiasiyası təşəbbüs qrupunun rəhbəri, sosial məsələlər üzrə ekspert Zamin Zəki barəsindəki 7 il 3 aylıq həbs cəzasını qüvvədə saxlayıb.

Civilazerbaijan.com
bildirir ki, oktyabrın 22-də Ali Məhkəmədə İlkin Rəcəbovun sədrlik etdiyi hakimlər kollegiyası bu barədə qərar çıxarıb.

Buna baxmayaraq, onun vəkili Günay İsmayılova hökmün tamamilə əsassız olduğunu deyir. Vəkil Ali Məhkəmədəki çıxışında da müvəkkilinin təqsirsiz olduğunu, ona qarşı ittihamları sübut edəcək heç bir faktın ortaya qoyulmadığını vurğulayıb: "Aşağı instansiya məhkəmələrində heç bir vəsatətimiz təmin olunmadı. Məhkəmələr hətta Zamin Zəkinin vəkilinin yanında əyləşməsi və ya ekspertiza təyin olunması kimi texniki məsələlərlə bağlı müraciətləri belə rədd etdilər".

Vəkil təşkilatın Z.Zəkinin adına olmadığını əsas gətirib: "Hətta elə olsaydı belə, qrant almaq cinayət məsuliyyəti yaratmır; ən pis halda, buna görə yalnız inzibati məsuliyyət yarana bilərdi".

İctimai fəalın kassasiya şikayətinə özünün iştirakı olmadan baxılıb və məhkəmə onu təmin etməyib.

Z.Zəki 2025-ci ilin aprelində Baş Prokurorluğun İstintaq İdarəsində QHT-lərlə bağlı aparılan cinayət işi çərçivəsində həbs olunub. Ona qarşı cinayət yolu ilə əldə edilən vəsaitlərin leqallaşdırılması, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı ittihamları irəli sürülüb.

50 min manata yaxın qrant vəsaitini qeydiyyatdan keçirmədən xidmət müqaviləsi kimi rəsmiləşdirməkdə təqsirləndirilən Z.Zəki 2026-cı ilin aprelində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay azadlıqdan məhrum edilib. Apellyasiya məhkəməsi isə iyulda bu cəzanı 3 ay azaldıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz