Hacı Vəliyevin cəzası 6 ay azaldılıb

Xəbərin çap versiyası
Tarix: Dünən, 15:29


Fəaliyyətini dayandıran “Gənc Qazilər” İctimai Birliyinin sədri, İkinci Qarabağ müharibəsi iştirakçısı Hacı Vəliyevin hökmdən verdiyi kassasiya şikayətinə baxılıb.

Civilazerbaijan.com
bildirir ki, oktyabrın 29-da Ali Məhkəmədə hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib. Hacı Vəliyevə təyin olunmuş 2 il 6 aylıq həbs cəzası 2 ilə endirilib.

Hacı Vəliyev Cinayət Məcəlləsinin 221.3-cü maddəsi - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıqda təqsirli bilinib.

O, ötən il martın 31-də həbs edilib. Vəliyev müharibədə həlak olanların ailələrinin və müharibə iştirakçılarının problemlərini ictimailəşdirməsi, həmçinin məmurları tənqid etməsi ilə tanınırdı.

Həbsindən bir neçə gün əvvəl o, Yasamal rayonunda küçə ticarəti ilə məşğul olan bir qrup qazi ilə polis arasında yaşanan insident barədə paylaşım etmiş, polisin onlara zor tətbiq etdiyini bildirmişdi.

Vəliyev həbsdən ictimaiyyətə ünvanladığı müraciətlərdə ittihamı qəbul etməyib. O, qazilərlə bağlı problemləri və hökumətin onlara münasibətini tənqid etdiyinə görə həbs olunduğunu iddia edib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz