Avropa İttifaqı Rusiyaya sanksiyaları genişləndirib

Xəbərin çap versiyası
Tarix: Dünən, 20:30


Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Rusiyaya qarşı sanksiya siyahılarına 145 fiziki və hüquqi şəxsin əlavə edilməsi barədə razılığa gəliblər. Buraya "kölgə donanması" adlandırılan donanmaya məxsus gəmilər də daxildir.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro məlumat verib.

Barronun sözlərinə görə, sanksiyalar xüsusilə "Wildberries" şirkətinin rəhbəri Tatyana Kimə şamil olunacaq. Sankt-Peterburqdakı neft terminalı da məhdudiyyətlərə məruz qalacaq.

Tam siyahı hələ dərc olunmayıb. Bu, sanksiyaların yeni, 22-ci paketi deyil; siyahılara yeni adlar mütəmadi aparılan yeniləmə çərçivəsində daxil edilib.

Azadlıq Radiosunun müxbiri yazır ki, 22-ci sanksiya paketinin müzakirəsinə bu həftə başlanacaq və onun Milad bayramınadək qəbul edilməsi planlaşdırılır.

Bundan əvvəl "Sistema" araşdırma layihəsi müəyyən edib ki, Aİ ölkələrinin daimi nümayəndələrinin noyabrın 11-də razılaşdırdığı siyahıda ilkin müzakirələrdə nəzərdə tutulan dörd hüquqi şəxs yer almayıb. Müzakirələr zamanı Birinci İnvestisiya Bankı, İnvestisiya Kooperativ Bankı, "RESO Kredit" bankı və "TANEKO" neft şirkəti siyahıdan çıxarılıb.

Bu qurumların hamısı avropalı səhmdarların maraq dairəsinə daxildir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz