AXCP üzvü həbs edilib
Tarix: 21-10-2024, 12:06
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) bildirir ki, Suraxanı rayon şöbələrinin fəalı Tehran Abdullayev saxlanıb.
Civilazerbaijan.com bildirir ki, artiyadan AzadlıqRadiosuna verilən məlumata görə, o, oktyabrın 15-də saxlanıb.
AXCP-dən onun hansı səbəbdən saxlandığını dəqiqləşdirə bilmədiklərini söyləyirlər: "Biz onun konkret hansı səbəbdən saxlanıldığını bilmirik, amma güman ki, polisə müqavimət ittihamıdır. Onu bilirik ki, Suraxanı rayon Məhkəməsinin qərarı ilə 20 sutka inzibati həbsə məhkum edilib. Həftənin sonuna düşdüyündən vəkil order alıb onunla görüşə bilməyib".
Amma AXCP-dən bu deyilənlərə Daxili İşlər Nazirliyi və Suraxani rayon Məhkəməsindən, hələlik, münasibət almaq mümkün olmayıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər