Avropa Şurasının insan hüquqları üzrə komissarından rəsmi Bakıya MÜRACİƏT

Xəbərin çap versiyası
Tarix: 19-11-2024, 12:25


Avropa Şurasının insan hüquqları üzrə komissarı Maykl O'Flaerti prezident İlham Əliyevi hüquq müdafiəçilərini, jurnalistləri və fəalları həbsdən azad etməyə çağırıb.

Civilazerbaijan.com
bildirir ki, noyabrın 18-də Avropa Şurasının mətbuat xidməti müraciətin mətnini dərc edib. Məktubda komissar "hakimiyyətdən öz qanuni fəaliyyətinə və ya fikir ayrılığına və ya tənqidi fikirlərini ifadə etdiyinə görə həbsdə olan bütün hüquq müdafiəçilərini, jurnalistləri və vətəndaş cəmiyyəti fəallarını dərhal azad etməyi, onların barəsində cinayət ittihamlarını, o cümlədən sərhədi keçməyə qadağa daxil olmaqla, məhdudiyyətlərlə bağlı ittihamları ləğv etməyi xahiş edir".

Əsasən O'Flaerti qaçaqmalçılıqda ittiham olunan Akif Qurbanov və Ələsgər Məmmədli, İmran Əliyev və Anar Məmmədlinin həbsindən narahatlığını bildirib.

Üç KİV-in (“Abzas Media”, “Kanal 13” və “Toplum” TV) ondan çox əməkdaşı və jurnalisti analoji ittihamlarla həbs edilib.

"Mən bu hüquq müdafiəçilərinə, jurnalistlərə və fəallara qarşı cinayət işlərinin onların öz qanuni fəaliyyətini həyata keçirməsi ilə əlaqədar başlanması barədə xəbərlərdən narahatam", - məktubda deyilir.

Komissar "hökumət tənqidçilərinin, vətəndaş cəmiyyəti fəallarının cinayət hüququndan sui-istifadə edilməklə və qanunun aliliyi pozulmaqla özbaşına həbs edilməsi və saxlanılması ilə bağlı narahatedici tendensiyasını" qeyd edir.

Komissar Azərbaycan hakimiyyətindən "polisdə saxlanıldığı zaman bir neçə hüquq müdafiəçisi, jurnalist və fəal ilə amansız rəftar barədə fikirlərin effektiv araşdırılmasını, həmçinin vəkillə görüşmək və adekvat tibbi yardımın göstərilməsi imkanlarının təmin edilməsini" xahiş edir.

O, təkidlər Azərbaycan hakimiyyətini "assosiasiya, dinc toplaşma və ifadə azadlığı, habelə hüquq müdafiəçilərinin, jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarının vəziyyəti ilə bağlı bütün qanun və təcrübələrin Avropa Şurasının insan hüquqları sahəsində standartlarına uyğun olmasına, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq qərarlarının tam yerinə yetirilməsi yoluyla təmin edilməsinə" çağırır.

"Mən Azərbaycan hakimiyyətilə dialoqun və əməkdaşlığın, o cümlədən ölkəyə səfər kontekstində, davam etdirilməsini səbirsizliklə gözləyirəm", - O'Flaerti fikrini yekunlaşdırıb, Turanın məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz