Almaniyanın xarici işlər naziri Azərbaycanda insan haqlarının vəziyyətini acınacaqlı adlandırıb

Xəbərin çap versiyası
Tarix: 21-11-2024, 19:45


Bu gün Bakıya gələn Almaniya xarici işlər naziri Annalena Berbek COP29 iqlim konfransı ərazisində mətbuat konfransı keçirib.

Civilazerbaijan.com
bildirir ki, o, Azərbaycanda həbs olunmuş iqlim fəalları və müxalifətçilər barədə sualın cavabında deyib ki, Almaniya hakimiyyət tənqidçilərinin azad edilməsinə tərəfdardır və Azərbaycanın xarici işlər nazirilə görüşdə bu məsələni qaldıracaq.

O deyib: “Bu iqlim konfransından asılı olmayaraq, insan haqlarının vəziyyəti həmişə Almaniya və Azərbaycan hökuməti arasında siyasi müzakirələrin bir hissəsi olub.

Azərbaycanda insan haqlarının vəziyyəti, media işçilərinin, fəalların və müxalifət nümayəndələrinin həbsi böyük narahatlıq doğurur.

Almaniya ilə sıx bağlı hallar da var, məsələn, Qubad İbadoğlunun ölkədən çıxışına qadağa qoyulması, bu barədə burada son səfərim zamanı, eləcə də ondan sonra apardığım müzakirələrdə ətraflı danışmışam. Bu mövzuda hələ görüşlərim də olacaq.

Almaniyanın xarici işlər naziri kimi demək istərdim ki, Avropa Şurası Parlament Assambleyasının 76 üzvünə ölkəyə giriş qadağası qətiyyən qəbuledilməzdir. Bunlar Almaniya Bundestaq üzvlərinə də təsir edir və Azərbaycanın Avropa Şurasındakı öhdəlikləri ilə bir araya sığmır”, - deyə o vurğulayıb, Turanın məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz