Nicat İbrahim məhkəmə zalında intihara cəhd edib

Xəbərin çap versiyası
Tarix: Dünən, 22:37


Yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə ictimai fəal Nicat İbrahimin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keşirilib.

Civilazerbaijan.com
bildirir ki, Nicat İbrahim "qanunsuz" həbsinə və məhkəmənin gedişinə etiraz olaraq məhkəmə zalında saxlanıldığı şüşə qəfəsə başı ilə zərbələr endirərək intihara cəhd edib.

"Məhkəmə iclası başlayan zaman Nicat İbrahim bildirdi ki, qanunsuz olaraq 4 aydır həbsdədir. O Moldovada olan ailəsinin çətin durumda olduğunu qeyd etdi. Dedi ki, ittiham tam əsassızdır və ona hücum edənlər həbs edilməlidir. Nicat İbrahim bildirdi ki, ittiham yalandır. Necə ola bilər ki, o ailəsinin yanına getmək üçün mübarizə apardığı zamanda tanımadığı, heç zaman görmədiyi kiməsə hücum edib xəsarət yetirsin. Bu zaman hakim Nicatın dediklərinin məhkləmə istintaqı zamanı araşdırılmalı olduğunu onun diqqətinə çatdırdı. Nicat İbrahim konvoylar özünü çatdırana qədər başını dəfələrlə saxlanıldığı şüşə qəfəsin divarlarına döyməklə özünə xəsarət yetirrək intihara cəhd etdi. Bir anda şüşə qəfəsin divarları qana boyandı. Bundan sonra hazırlıq iclası yanvarın 21-dək təxirə salındı. Nicata həkimlər yardım etdi, onun başına sağrı qoydular", deyə vəkil Zibeydə Sadıqova Turan-a bildirib.

Qeyd edək ki, yanvarın 6-da Nicat İbrahimin cinayət işi üzrə hazırlıq iclası başlayıb. Müdafiə tərəfinin İbrahimin azadlığa buraxılması və ya ev dustaqlığına keçirilməsi barədə vəsatətləri təmin edilməyib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz