Ərəbcə bilməyən deputat Ərəb ölkəsindəki işçı qrupuna rəhbər oldu

Xəbərin çap versiyası
Tarix: Bu gün, 00:37


Milli Məclisdə daha bir ölkə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb.

Civilazerbaijan.com
bildirir ki, Arqument.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişiklikdə əksni tapıb.

Dəyişikliyə əsasən, Azərbaycan - Oman Sultanlığı parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb.

İşçi qrupuna rəhbərlik deputat Səbinə Salmanovaya həvalə edilib.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq qəbul edilib.

Deputatın ərəb dilini bilmədiyi deyilir, hətta onunla bağlı Milli Məclisin saytında da bu barədə məlumat verilməyib.

Səbinə Salmanova ilə əlaqə saxlamaq mümkün olmayıb.

Ərəbcə bilməyən deputat Ərəb ölkəsindəki işçı qrupuna rəhbər oldu


civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz