Həbsdə olan Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulub
Tarix: 13-04-2025, 15:12
"Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı bildirib ki, ərinə xərçəng diaqnozu qoyulub.
Civilazerbaijan.com bildirir ki, o bu barədə Facebook sosial şəbəkəsində məlumat yayıb.
Məlahət Zeynallının sözlərinə görə, "Xural” internet televiziyasının həbsdə olan rəhbərini Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin Müalicə Müəssisəsinə göndərdilər:
"Təxminən 1 ay əvvəl Onkologiya Mərkəzinə aparıb, "biopsi” götürdülər. 10 gün əvvəl nəticəni Əvəz bəyə açıqlayıblar”.
O bilidirir ki, bağırsağında olan bədxassəli şiş artıq "metastaz” verib, xərçəng qara ciyərinə yayılıb: "Bu günlərdə "ximiya”ya başlayacaqlar”.
Qeyd edək ki, Ə.Zeynallı 2022-ci il sentyabrın 9-da həbs edilib. Ona qarşı ilk ittiham "Baku Steel Company" MMC – poladəritmə zavodunun keçmiş rəhbəri, hazırda həbsdə olan Rasim Məmmədovun həyat yoldaşından 20 min manat alınması ilə bağlı idi. Sonradan yeni ittihamlar da irəli sürülüb. Ə.Zeynallı özünü təqsirli bilmir, susdurulması üçün siyasi sifarişlə həbs olunduğunu deyir.
E.Şükürov 2022-ci il sentyabrın 13-dən həbsdədir. O da təqsirsiz olduğunu və Ə.Zeynallının əleyhinə ifadə vermədiyinə görə cəzalandırıldığını söyləyir.
Bir çox beynəlxalq qurumlar, o cümlədən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) və Avropa Şurasının İnsan Haqları üzrə Kommissarı Zeynallının dərhal azadlığa buraxılmasına çağırıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər