Həkim Adil Qeybulla Tofiq Yaqublunu təcridxanada müayinə edib
Tarix: 19-04-2025, 17:38
Bu gün tanınmış həkim Adil Qeybulla Müsavat Partiyasının üzvü Tofiq Yaqublunu təcridxanada müayinə edib.
Civilazerbaijan.com bildirir ki, bu barədə onun qızı Nigar Həzi məlumat yayıb.
Adil Qeybullanın istintaq təcridxanasına daxil olmasına icazə verilib. O, Penitensiar Xidmətin Tibb Baş İdarəsinin həkimləri ilə birlikdə Umbakı qəsəbəsindəki təcridxanada Tofiq Yaqublunu müayinə edib. Adil Qeybulla məhkumun saxlanılma şəraitindən narazı olmadığın deyib.
"Tofiq Yaqublunun hazırkı vəziyyəti 19 günlük aclığa adekvatdır. Bu gün çəkisi 83 kq 350 q, təzyiqi 126/84, temperatur, saturasiya, ürək döyüntüsü normaldır".
Adil Qeybulla T.Yaqubluya aclığı dayandırmasını tövsiyyə etsə də, o, aclığı dayandırmamaqda israrlı olduğunu bildirib. Həkim T.Yaqubluya aclıq aksiyasının protokoluna uyğun olaraq ona ringer və fizioloji məhlulların qəbulunun vacibliyini bildirib və bundan sonra T.Yaqubluya zəruri məhlulları köçürüb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər