Yeni hərbi prokuror kimdir? - DOSYE
Tarix: 13-05-2025, 20:25
Bəhruz Vidadi oğlu Əhmədov Baş prokurorun müavini – Azərbaycanın Hərbi prokuroru təyin edilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Civilazerbaijan.com bildirir ki, Bəhruz Əhmədov 4 iyul 1984-cü ildə Neftçala rayonunda anadan olub.
Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Son vəzifəsinə qədər Hərbi Prokurorluğun İstintaq İdarəsinin İstintaq idarəsinin rəisi vəzifəsində çalışıb.
O, Ədliyyə polkovniki rütbəsi daşıyır. Daha əvvəl Qazax Hərbi Prokuroru və digər bir sıra vəzifələrdə çalışıb. "Vətən uğrunda" medalı ilə təltif edilib.
Qeyd edək ki, 2005-ci ildən Azərbaycanın hərbi prokuroru olan Xanlar Vəliyev aprelin 8-də təqaüdə göndərilib. O, hazırda Konstitusiya Məhkəməsinin hakimidir.
X.Vəliyevin 20 illik fəaliyyəti dövründə Hərbi Prokurorluğun apardığı bir çox cinayət işləri zaman-zaman cəmiyyətdə müzakirə və şikayətlər doğurub. Onlardan biri də 2017-ci ildə başlanan "Tərtər işi" olub. Həmin vaxt bir çox hərbçilər dövlətə xəyanət ittihamı ilə istintaqa cəlb edilmişdi. Onda əsgər və zabitlərə qarşı işgəncələr nəticəsində 11 nəfərin öldüyü vurğulanıb. Baş Prokurorluqda 2021-ci ilin dekabrında "Tərtər işi" üzrə yenidən istintaq başlanandan sonra toplam 452 nəfər zərərçəkmiş qismində tanınıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər