AFFA prezidenti: "Mövsümün sonuna qədər “İnter”i AFFA idarə edəcək"

Xəbərin çap versiyası
Tarix: 15-03-2017, 13:49
AFFA prezidenti: "Mövsümün sonuna qədər “İnter”i AFFA idarə edəcək"

“İcraiyyə Komitəsində futbolumuz üçün mühüm məsələlər barədə danışıldı. Danışılmış oyunlarla bağlı müzakirələr getdi”.

Bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.

AFFA İcraiyyə Komitəsinin iclasından sonra təşkil edilən mətbuat konfransında Abdullayev fikrini bu sözlərlə davam etdirib: “UEFA-da bütün oyunlar izlənilir. Premyer Liqamızla bağlı heç bir şübhə olmayıb. I divizionda isə belə şübhələr oldu. Bütün epizodlara baxıb, İntizam Komitəsinə tövsiyə etdik ki, bu gün radikal qərarlar qəbul edilsin. Bu, cinayətdi. Danışılmış oyunları həyata keçirənləri cinayət məsuliyyətinə cəlb edəcəyik. Əks halda, futbol biabırçılığa çevriləcək. Bu, mənə çox pis təsir etdi. Azərbaycanda belə hadisələrin kökünü kəsmək lazımdı. Bilirsiz ki, İslam Həmrəyliyi Oyunlarında U-23 yığmamız iştirak edəcək, komandanın baş məşqçisi Yaşar Vahabzadə olacaq. “İnter” klubunda müvəqqəti idarəçiliyi AFFA öz üzərinə götürüb. Klubun gələcək aqibəti müzakirə olundu. Bununla bağlı bankdan təminat aldıq. Mövsümün sonuna qədər “İnter”i AFFA idarə edəcək. Ondan sonra bir qərar qəbul edəcəyik. Yeni sponsorun cəlb olunması ilə bağlı danışıqlar gedir. Keçmiş futbolçulara təqaüd verilməsi məsələsini də müzakirə etdik. Keçmiş oyunçuların, futbola zəhmət çəkənlərin əməyi qiymətləndirilməlidi. Bu, dünyada yalnız 2 ölkə - İngiltərə və Azərbaycanda var. Çalışacağıq ki, bu ənənəni davam etdirək. Bir neçə tanınmış futbolçuya AFFA təqaüd ödəyəcək”.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz