Vəkil Zabil Qəhrəmanov saxlanıb

Xəbərin çap versiyası
Tarix: Dünən, 17:07


Dünən, oktyabrın 23-də vəkil Zabil Qəhrəmanov Gəncədə saxlanıb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə məlumatları onun yaxınları təsdiqləyiblər. Z.Qəhrəmanovu Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları saxlayıb.

Vəkili Səadət Seyidli AzadlıqRadiosuna bildirib ki, Z.Qəhrəmanov Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq - ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddəsi ilə şübhəli şəxs qismində dindirilib.

Z.Qəhrəmanov Göygöl rayonu ərazisində avtoyuma məntəqəsində bir nəfərlə mübahisə edib ona xəsarət yetirməkdə ittiham olunur.

"Zabil Qəhrəmanov qətiyyən özünü təqsirli bilmir. Eyni zamanda, həm özü, həm də vəkili olaraq, biz istintaqın Gəncə şəhər Baş Polis İdarəsində aparılmasına etiraz etdik. Bununla əlaqədar prokurora etiraz yazmışıq. İstintaqın aparılmasında ərazi aidiyyətinə əməl olunmalıdır", - vəkil əlavə edib.

Qeyd edək ki, oktyabrın 8-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarına əsasən, Zabil Qəhrəmanovun vəkiliyinin 6 ay müddətinə dayandırılması barədə qərar qəbul olunub.

Z.Qəhrəmanov Tovuz rayonunda 11 yaşlı Nərmin Quliyevanın qətlində günahlandırılan İlkin Süleymanovun vəkili kimi tanınır. O, həmçinin, AXCP Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadənin, partiyanın Gəncə şöbəsinin üzvü Şahin Hacıyevin və başqa fəalların da hüquqlarını qoruyub.

Onun Gəncədə polislərin fəaliyyəti barədə sosial mediada yazdıqlarına və açıqlamalarına görə cəzalandırıldığı ehtimal olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz