Altay Göyüşov Baş Prokurorluğa çağırılıb

Xəbərin çap versiyası
Tarix: 14-11-2025, 22:12


Fransada yaşayan tarixçi Altay Göyüşov Azərbaycan Baş Prokurorluğuna çağırılıb.

Civilazerbaijan.com
bildirir ki, bununla bağlı Baş Prokurorluğun rəsmi müraciəti noyabrın 14-də İTV-də yayımlanıb. Qeyd olunub ki, A.Göyüşov təqsirləndirilən şəxs kimi noyabrın 21-i saat 16:00-da Baş Prokurorluğun İstintaq Baş İdarəsinə gəlməlidir.

Baş Prokurorluq bildirib ki, tarixçi barəsində bu ilin fevralın 23-də Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə (dövlət əleyhinə yönələn açıq çağırışlar) cəlbetmə haqqında qərar qəbul edilib.

Açıqlamada deyilir: "O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsinin bu il 23 fevral tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib."

"Təqsirləndirilən şəxs 20 aprel 2020-ci ildə “YouTube” internet platformasında “Düz Danışaq” adlı kanalda və 2 sentyabr 2024-cü il və 1 yanvar 2025-ci ildə “Altay Göyüşov” adlı Facebook kanalında qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqi çıxmağı təşviq edən açıq çağırışlar edib və yayıb", - Baş Prokurorluq əlavə edib.

Vaxtilə Müsavat Partiyasının və REAL Hərəkatının üzvü olmuş Altay Göyüşov hazırda Parisdəki "Sciences-Po" Universitetində elmi işçi kimi çalışır. O, sosial şəbəkələrdə Azərbaycan hökumətini tənqid etməsi ilə də tanınır.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz