Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb

Xəbərin çap versiyası
Tarix: 14-11-2025, 22:26


Amerikada yaşayan siyasi şərhçi Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb.

Civilazerbaijan.com
bildirir ki, bununla bağlı Baş Prokurorluğun rəsmi müraciəti noyabrın 14-də İTV-də yayımlanıb. Qeyd olunub ki, Ə.Oruclu təqsirləndirilən şəxs kimi noyabrın 21-i saat 14:00-da Baş Prokurorluğun İstintaq Baş İdarəsinə gəlməlidir.

Baş Prokurorluq bildirib ki, siyasi şərhçi barəsində Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib.

Açıqlamada deyilir: "O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsinin bu il 23 fevral tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib."

Baş Prokurtorliq bildirir ki, sentyabrın 18-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək Ərəstun Oruclu barəsində Cinayət Məcəlləsinin 220.2-ci və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.

“O, 4 yanvar 2023-cü ildə “YouTube” internet platformasında “Ərəstun Oruclunun kanalı” adlı kanalda və 24 oktyabr 2024-cü ildə “Azərfreedom TV” adlı kanalda qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqi çıxmağı təşviq edən açıq çağırışlar edib və yayıb”, - Baş Prokurorluq əlavə edib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz