Bakıda AFEN Plazada partlayış olub: xəsarət alanlar var - VİDEO

Xəbərin çap versiyası
Tarix: Dünən, 14:09


Bu gün noyabrın 24-ü səhər saat 09 radələrində paytaxtın Nərimanov rayonunda partlayış baş verib.

Civilazerbaijan.com
bildirir ki, hadisə Əhməd Rəcəbli küçəsindəki plazalardan birində qeydə alınıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları və FHN-in xilasediciləri cəlb edilib.

Biznes mərkəzinin sahibinin ehtimalı: Binada qaz olmayıb, yeraltı qaz sızıb

"Partlayış baş verən binada qaz olmayıb. Burada yolda işlər gedir. Ərazidən qaz xətti keçir. Tikintidə işləyən traktorlar xətti zədələyiblər".

Yerli saytların məlumatına görə, bunu jurnalistlərə açıqlamasında partlayış olan "AFEN Plaza"nın sahibi Əbülfət Əliyev deyib.

O, partlayışın zədələnmə nəticəsində yaranan yeraltı qaz sızmasından baş verdiyini ehtimal etdiyini bildirib: "Görünür ki, sızma olandan sonra yaxşı təmir etməyiblər və binaya qaz sızıb. Zirzəmiyə qaz toplanıb, səhər işçi işığı yandıranda partlayış baş verib".

Bu açıqlamaya "Azəriqaz" İstehsalat Birliyi və başqa uyğun rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Qeyd edək ki, 2017-ci ilin noyabr ayının 10-da "AFEN PLAZA” biznes mərkəzinin 6-cı mərtəbəsində partlayış olmuşdu. Ümumi sahəsi 300 kv.m olan ofisin yanar konstruksiyaları yanmışdı. Yanğın zamanı 42 nəfər təxliyə edilmişdi.




civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz