Şəmşad Ağanın həbs müddətinin bir daha uzadılması ilə bağlı MƏHKƏMƏ QƏRARI

Xəbərin çap versiyası
Tarix: Dünən, 17:47


Bu gün, noyabrın 26-da Xətai Rayon Məhkəməsində “Meydan TV işi” üzrə həbsdə olan jurnalist, arqument.az saytının baş redaktoru Şəmşad Ağa (Ağayev) barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı növbəti məhkəmə prosesi keçirilib.

Civilazerbaijan.com
bildirir ki, məhkəmənin qərarı ilə jurnalistin həbs müddəti daha 20 gün uzadılıb.

Şəmşad Ağa fevralın 5-də Meydan TV ilə əlaqəli cinayət işinə görə həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

2025-ci il avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb və bu iş üzrə həbs olunanlara qarşı daha 7 maddə əlavə olunub.

Bu iş üzrə həbs olunan jurnalistlər özlərini təqsirli bilmir, tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz