Həbs müddəti bitən Əziz Orucov azadlığa çıxıb

Xəbərin çap versiyası
Tarix: 27-11-2025, 17:27


Noyabrın 27-də "Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucov azadlığa çıxıb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə onun vəkili Bəhruz Bayramov sosial mediada məlumat verib.

Ə.Orucov həbs müddətini bu gün başa vurub.

Ə.Orucov 2023-cü il noyabrın 27-də qanunsuz tikinti ittihamı ilə həbs olunub. Dekabrın 19-da ona əlavə olaraq valyuta qaçaqmalçılığı ittihamı da verilsə də, istintaqın yekununda onun üzərindən qaçaqmalçılıq ittihamı götürülüb.

Bu il fevralın 26-da Səbail Rayon Məhkəməsində keçirilən prosesdə ona 2 il həbs cəzası verilib. Jurnalist ittihamı rədd edir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz