AŞPA məruzəçisindən Əli Kərimlinin həbsinə REAKSİYA

Xəbərin çap versiyası
Tarix: 4-12-2025, 18:10


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi məhbuslar üzrə baş məruzəçisi müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin həbsindən dərin narahatlıq bildirir.

Civilazerbaijan.com
bildirir ki, dekabrın 4-də Azadə Royhan Ə.Kərimli barəsində hakimiyyəti zorla ələ keçirməyə, konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər ittihamı ilə həbs-qətimkan tədbiri seçilməsi ilə bağlı bəyanat yayıb:

"Əli Kərimli barəsində hakimiyyəti ələ keçirməyə cəhd ittihamı ilə həbs-qətimkan tədbiri seçilməsindən dərin narahatlıq keçirirəm. Azərbaycanda siyasi fikir ayrılığının məkanı getdikcə daralır və bu həbs həmin narahatedici tendensiyanın bir hissəsidir. Avropa İnsan Hüquqları Məhkəməsi onun xeyrinə iki dəfə qərar çıxarıb, seçki hüququnun və sərbəst hərəkət etmək hüququnun pozulduğunu tanıyıb. Azərbaycan hakimiyyətini Əli Kərimliyə qarşı ittihamlara təcili yenidən baxmağa, ona qarşı cinayət təqibinin Avropa İnsan Hüquqları Konvensiyası üzrə öhdəliklərə tam uyğun aparılmasını təmin etməyə çağırıram".

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz