Qənimət Zahidin məhkəməsi başlayıb
Tarix: 9-12-2025, 18:33
Bu gün, dekabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində "Azadlıq" qəzetinin mühacirətdə olan baş redaktoru, jurnalist Qənimət Zahidin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Civilazerbaijan.com bildirir ki, məhkəməyə hakim Fəxri Məmmədov sədrlik edib.
Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Növbəti məhkəmə prosesi dekabrın 16-na təyin olunub. Q.Zahid dövlət əleyhinə yönələn açıq çağırışlar maddəsi ilə ittiham olunur.
Mayın 31-də onun barəsində qiyabi həbs qərarı çıxarılmışdı.
Q.Zahid özünü təqsirli bilmir və bunu jurnalist fəaliyyəti ilə əlaqəli olduğunu bildirir. Onun fikrincə, "bu prosesdə məhkəmə ən səlahiyyətsiz mərtəbədir".
Rəsmilər isə ölkədə məhkəmələrin müstəqil olduğunu bildirərək siyasi həbslər haqqında fikirləri əsassız sayırlar, AzadlıqRadiosunun məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər














